Ekoloji təmiz ev
Dünyanın enerji resursları sürətlə tükənir. Enerji resurslarımızın böyük bir hissəsini istilik; soyutma; evlərimizi və iş yerlərimizi işıqlandırmaq üçün istehlak edirik. Ekoloji təmiz bir ev üçün resurslarımıza qənaət etməli və aşağıda qeyd olunan maddələrə diqqət etməlisiniz:
- Siz evdə istifadə etdiyiniz tekstil məhsullarında orqanik parçalardan istifadə edin.
- Evinizin dekorasiyası üçün geri dönüşümün də vacib olduğunu unutmayın. Yeni oturacaqlar və stullar almaq yerinə, bu mebellərin təmirinə üstünlük verin.
- Evinizdə açıq rəng tonlarından istifadə edərək , daha az işıq istifadə edərək enerjiyə qənaət etmiş olacaqsınız.
- Yeni bir ev alarkən , günəş işığından daha çox faydalanmaq üçün qonaq otağı və yataq otağının evin şimal-cənub tərəfində olmasına diqqət edin.
- Pəncərə və döşəmə seçərkən dayanıqlı , ətraf mühitə daha az ziyan verən materiallardan istifadə edin.
- LED işıqlardırmadan istifadə edin.