09:00 - 18:00

Bazar Ertəsi - Cümə

Nobel Prospekti

№ 26, Bakı

+994 51 408 85 53

info@bazis.az

Elanları Müqayisə Et

Fotoşəkillər ilə ən yaradıcı dizaynlar

Fotoşəkillər ilə ən yaradıcı dizaynlar

Fotoşəkillər yaşadığımız gözəl anları xatırladır. Təsəvvür edin ki,divarımızda fotoşəkillərdən ibarət guşə var və  hər dəfə başımızı o divara çevirəndə sevdiklərimizi görürük.

Bunun üçün ilk ağla gələn çərçivələrdən istifadədir.Müxtəlif ölçülü çərçivələr və içinə yerləşdirdiyimiz konseptli şəkillər ilə çox gözəl görüntü yaratmaq olar.Şəkilləri yan-yana düzmək bəzən sıxıcı görünə bilər.Şəkillərin arasına modern, diqqət cəlb edən aksesuarlar yerləşdirməklə guşəmizi daha da yaradıcı etmiş olarıq.

Çərçivə bahalı və çətin bir üsul olaraq gəlirsə,  LED ipdən də istifadə mümkündür. Həm ucuz, həm də asan yolla fərqli bəzək yaratmaq bizim əlimizdədir.  Asdığımız bu ipin işıqlandırılması da vacib deyil. Adi bir saman ipi və ya məftil  üzərinə də şəkil asmaq  çox müasir və yaradıcı görüntü ortaya çıxaracaq..

İstər öz evimizdə, istərsə də başqa məkanda olaq gözümüz daima  divar saatını axtarır.Bəs saatı özümüz, fotoşəkillərdən yaratsaq? Sevdiklərimizin və ya müəyyən konseptə uyğun şəkilləri çap edib çərçivələdirik və saat şəklində sıralayırıq.Beləliklə, kimsədə olmayan şəkillərdən, kimsədə olmayan dizaynda saat yaradırıq.

Digər yazılar

Qonaq otağında pərdə seçimi

Evi dekorasiya edərkən mebel və aksesuarlar qədər önəmli bir detal da pərdələrin...

Daha çox

Feng Shui ilə rənglər 

Feng Shui-nin 5 element qaydasına görə ehtiyacınız olan enerjini alov, torpaq, su, metal və...

Daha çox

Feng Shui nədir?

Əgər bir rəngin və ya əşyanın enerjisinə inanırsınızsa Feng Shui dünyasına xoş...

Daha çox