09:00 - 18:00

Bazar Ertəsi - Cümə

Nobel Prospekti

№ 26, Bakı

+994 51 408 85 53

info@bazis.az

Elanları Müqayisə Et

Divar ləkələrinin təmizlənməsi

Divar ləkələrinin təmizlənməsi

Divarda ləkələr  nə qədər keyfiyyətli boya istifadə etməyimizdən asılı olmayaraq zaman-zaman yaranır. İsti su və yuyucu vasitə ilə təmizləmək, divardakı ləkələri aradan qaldırmağın ən asan və sadə yoludur.Ancaq hər bir ləkə üçün fərqli təmizləmə üsulları var.

Uşaqlar inkişaf dövründə  divarları boyamağı,şəkil  çəkməyi sevirlər.Qələm mürəkkəbi, karandaş  ləkələrini aradan qaldırmaq üçün pambığa spirt tökərək divarı silə bilərsiniz. Digər üsul kimi saç spreyindən də istifadə etmək olar.

Mətbəx  divarında  yağ ləkələri varsa, heç narahat olmayın,  asan bir üsul var. Yağ ləkələrini asanlıqla çıxarmaq üçün çoxlu duz və yuyucu vasitə lazımdır.

Divardakı küf ləkələri üçün isə sirkə suyundan istifadə ən yaxşı həll yollarından biridir. 1 qaşıq sirkə suyu ilə 1 litr suya etdiyiniz qarışığı yumşaq bir parça ilə tətbiq edə bilərsiniz.

 

Digər yazılar

Qonaq otağında pərdə seçimi

Evi dekorasiya edərkən mebel və aksesuarlar qədər önəmli bir detal da pərdələrin...

Daha çox

Feng Shui ilə rənglər 

Feng Shui-nin 5 element qaydasına görə ehtiyacınız olan enerjini alov, torpaq, su, metal və...

Daha çox

Feng Shui nədir?

Əgər bir rəngin və ya əşyanın enerjisinə inanırsınızsa Feng Shui dünyasına xoş...

Daha çox