09:00 - 18:00

Bazar Ertəsi - Cümə

Nobel Prospekti

№ 26, Bakı

+994 51 408 85 53

info@bazis.az

Elanları Müqayisə Et

Evinizi istiliyini qoruyun

Evinizi istiliyini qoruyun

Evi soyuqdan qorumaq həm pula qənaət edəcək, həm də istilik xərclərini azaltmağa kömək edəcəkdir. Bunun üçün nələr edə biləcəyimizi qeyd edirik:

  • Kombini söndürməyin . Gecələr kombini söndürmək pula qənaət etmir. Onu söndürsəniz, yenidən kombini yandırdıqda isitmək üçün daha çox vaxt lazım olacaq. Onu söndürmək əvəzinə onun temperaturunu minimuma endirə bilərsiniz. Bunun üçün radiatorlarda heç bir sızma olmadığından əmin olun. Sayğacınız 10 ildən çoxdur işlənirsə dəyişdirməyiniz məsləhətdir.Kombinin düzgün işlədiyinə əmin olduqdan sonra gecələr işlək qoya bilərsiniz.
  • Qalın pərdələrdən istifadə edin. Xüsusilə də axşam qalın pərdələr evi soyuqdan biraz daha qoruyacaqdır.
  • Yun və məxmər parçalara üstünlük verin.Divan dəstində yun və ya məxmər parçalardan istifadə edərək isti bir mühit yarada bilərsiniz. Bu cür örtüklərdən istifadə evinizin ab- havasını dəyişəcəkdir.
  • İzolyasiya zəruridir . Bütün bunlara əlavə olaraq, soyuqdan qorunmanın ən sağlam ,qənaətcil yolu izolyasiyadır. Binanızda izolyasiya yoxdursa, qonşu ilə sizə aid olan hissəni izolyasiya etdirməyiniz məsləhətdir. Bu qonşunuzda və ya evinizdə olan səsin yayılmasının qarşısını alacaq və evdə istlik balansını qoruyacaq.

Digər yazılar

Dünyanın məşhur tikililəri

Dünyanın müxtəlif şəhərləri xüsusi memarlıq xüsusiyyətlərinə malik binaları ilə...

Daha çox

Kirayə qiymətini necə artırmaq olar?

Mənzildə kiçik dəyişikliklər etməklə, kirayə qiymətini artıra bilərsiniz.  Əvvəl...

Daha çox

Müasir tavan növləri

Tavanın dekorasiyası son zamanlarda xüsusi əhəmiyyət kəsb edir. Tavanlar divar, döşəmə...

Daha çox