09:00 - 18:00

Bazar Ertəsi - Cümə

Nobel Prospekti

№ 26, Bakı

+994 51 408 85 53

info@bazis.az

Compare Listings

The most popular buildings of the world

The most popular buildings of the world

Dünyanın müxtəlif şəhərləri xüsusi memarlıq xüsusiyyətlərinə malik binaları ilə tanınır. Bəzi məşhur binalar ilham mənbəyidir və dünyanın müxtəlif yerlərindən turistləri cəlb edir. Dünyanın ən ikonik binalarının siyahısına nəzər salaq:

Eyfel qülləsi, Fransa
Tikinti zamanı aparıcı ziyalılar və sənətçilər tərəfindən dizaynına görə tənqid edildi. Halbuki, bu indi ölkədə qlobal bir mədəniyyət simvoludur. 81 mərtəbəli, 300 metrlik bir binaya bərabərdir.
Tikilmə tarixi: 28 yanvar 1887-15 mart 1889

Kolizey, Roma
Amfiteatr, gladiatorial yarışları, edamlar, heyvan ovları, dram və məşhur döyüşlərin tamaşası üçün istifadə edilmişdir. Amfiteatr zəlzələlər, daş quldurlar və oğrular tərəfindən xeyli dağıdıldı. Bununla birlikdə, Kolizeyş hələ də Roma imperiyasının simvoludur.
Tikilmə tarixi: 72-80

Big Ben, İngiltərə
London dünyanın ən çox ziyarət edilən turistik yerlərindən biri olmasına baxmayaraq, saat qülləsinin içərisi təhlükəsizlik baxımından ziyarətçilər üçün bağlıdır. Yalnız bəzi vaxtlarda mətbuata və bəzi şəxslərin girişinə icazə verilir. Big Ben-ə çatmaq üçün içəridən 334 pilləyə qalxmaq lazımdır.
Tikilmə tarixi: 1858.

Tac Mahal, Hindistan
Tac Mahal günün müxtəlif vaxtlarında fərqli rənglərə bürünür. Səhər çəhrayı, günün ortasında ağ, axşam ay işığı ilə qızıl olan Tac Mahalın bu dəyişməsi qadınların “dəyişkənliyini” təmsil etdiyi deyilir. Dörd tərəfdəndə eyni görünən şah əsər, özünü təkrarlayan həndəsi formaya malikdir.
Tikilmə tarixi: 1632—1653

Misir piramidaları
Piramidalar 20 ton ağırlığında daşlardan tikilib və bu daşları əldə etmək üçün ən yaxın məsafə yüzlərlə kilometr məsafədədir. Daşların necə gətirildiyi ilə bağlı fərqli, qeyri-müəyyən fərziyyələr mövcuddur.

Sidney Opera Teatrı, Avstraliya
Müasir dövrdə qurulan ən fərqli bina quruluşlarından biridir. Layihə, artan xərclər səbəbiylə böyük bir ictimai müzakirənin mənbəyinə çevrildi. Pulun böyük hissəsi bir çox mübahisələrə və zorakılığa səbəb olan keçirilən püşkatma yolu ilə toplandı. Sonradan binanı orijinala uyğun etmək mümkün olmadığı başa düşüldü və dizayn dəyişdirildi.
Tikilmə tarixi: 1 mart 1959 – 20 oktyabr 1973

Qadağan olunmuş şəhər, Çin
Saray’ın “Qadağan edilmiş” olaraq adlandırılması, hökmdarlarını qorumaq üçün görülən yüksək səviyyəli təhlükəsizlik tədbirlərindən qaynaqlanır.Bu tədbirlərdən biri Sarayın ətrafınının su kanalları ilə əhatə olunmasıdır. Su kanallarının eni 30 ilə 50 metr arasında dəyişir.

Ağ ev, ABŞ
Ağ ev – ABŞ prezidentlərinin daimi iş, yaşayış yeri və rəsmi binalar içində ən vacib olanıdır. Tomas Ceffersonun prezidentliyi dövründən Ağ ev vətəndaşlar üçün açıq olub. Buraya hər gün 6 mindən çox turist gəlib tamaşa edirdi. Ancaq 2001-ci il 11 sentyabr hadisələrindən sonra Ağ ev dəmir barmaqlıqlarla hasara alınıb.

Saint Basil’s Cathedral, Rusiya
Müqəddəs Basil Katedrali, Rusiyanın Moskva şəhərindəki Qırmızı Meydanda yerləşir və bu ölkənin ən qəribə tikililərdən biridir. Bina, Rusiya memarlığı arasında bənzərsiz bir dizayn olaraq yüksələn alov şəklində inşa edilmişdir.

Related posts

How to raise the rent fee?

Mənzildə kiçik dəyişikliklər etməklə, kirayə qiymətini artıra bilərsiniz.  Əvvəl...

Continue reading

Modern ceiling models

Tavanın dekorasiyası son zamanlarda xüsusi əhəmiyyət kəsb edir. Tavanlar divar, döşəmə...

Continue reading

Most creative  designs with photos

The photos remind us  the wonderful moments we live . Imagine that there is a photos on our walls,...

Continue reading