Cовременные модели потолков
Tavanın dekorasiyası son zamanlarda xüsusi əhəmiyyət kəsb edir. Tavanlar divar, döşəmə və mebellər ilə uyumlu, gözoxşayan olmalıdır ki, dizaynda bütövlük yaransın. Əsas tavan sistemləri olan Dartma və Asma tavanların fərqini, hansının daha yaxşı, münasib olduğunu təhlil edək.
- Dartma tavan sistemi istiləşmə yolu ilə istədiyi formaya girə bilən müxtəlif rənglərdə və toxumalarda xüsusi alüminium profillərə yapışdırıla bilən bir texnikadır. Su və nəmdən təsirlənmir. Təmir və rəngləmə tələb etmir. Qiymət, material, usta haqqı, vaxt sərfiyyatı baxımından çox sərfəlidir. Yuxarı qonşudan su sızıntısı olarsa, peşəkar usta vasitəsilə suyu xaric edib, tavanı yenidən əvvəlki görkəmə qaytarmaq olar. Əsas mənfi cəhəti isə mexaniki zədələrə qarşı həssas olmasıdır.
- Asma tavan karkasın üzərinə montaj olunan alçıpan lövhələrinə deyilir. 1-2 gün yalnız karkasa vaxt sərf olunmasına baxmayaraq daha möhkəm və uzunömürlü konstruksiya yaranır. Lövhənin altından əlavə izolyasiya meterialları aparıla bilər. Alçipanlar həm astar/üzlük ilə, həm cilalanmalı, həmdə boyanmalıdır. Ekoloji cəhətdən təmizdir.Mexaniki təsirlərə davamlıdır ancaq suyun qarşısında acizdir.