Evinizdə sağlamlıq və təmizlik üçün 5 qayda
Evinizi təmiz saxlamaq sağlamlıq üçün çox vacibdir.
Bunun üçün 5 amilə diqqət yetirməyiniz vacibdir.
1. Mətbəxin təmizliyi:
Xanımlar zamanın çox hissəsini mətbəxdə yemək bişirməklə keçirirlər. Həmçinin ailə üzvləri yeməyi mətbəxdə yediklərinə görə bakterialardan və digər xəstəliklərdən qorunmaq üçün mətbəx daim təmiz saxlanmalıdır.
2. İdmanla məşğul olun:
Evinizin bir hissəsində idmanla məşğul olmaq üçün yer ayırın. İdman sizin xroniki xəstəlik riskinizi azaldacaq və yüksək enerji verəcək. Ən vacibi isə idman sağlamlıqdır.
3. Otağın havasının təmizliyi:
Otaqlarda pəncərələrin açılması, otağa günəş işığının daxil olması və dibçəkdə güllərin olması son dərəcə vacibdir. Bu həzmi artırır və qan təzyiqini azaldır, immunitet sistemini gücləndirir və ümumi xoşbəxtliyi artırır.
4. Təmizlik vasitələrindən düzgün istifadə edin:
Otaqları, mebelləri, döşəməni və digər əşyaları təmizləmək üçün düzgün kimyəvi maddələr seçin. İstifadə etdikdən sonra bir müddət özünüzü gözləyin, həmin maddələr insan üçün zərərli ola bilər.
5. Məişət tullantılarını atmaq:
Məişət tullantılarını və evinizdə artıq olan köhnə əşyaları zamanında atmaq tövsiyə olunur