Uşaqlarınıza düzgün otaq seçin
Uşaqlar bizim gələcəyimizdir. Onları qorumaq üçün düzgün otaq seçmək bizim borcumuzdur.
Düzgün otaq seçimi üçün aşağıdakılara əməl etmək vacibdir.
- Uşaqlarınızın yaş həddinə uyğun otaq seçin. Böyüdükcə otaqda dəyişiklik etmək mümkün olsun.
- Otağı dizayn edərkən icazə verin uşağınız istədiyi kimi olsun. Bu onun xəyal gücünün görsədicisi olacaq.
- Oğlunuzun və ya qızınızın sevdiyi rəngləri müəyyən edin, otaqda o rəngə daha çox üstünlük verin.
- Uşaqlarınızın otağını sevdikləri, izlədikləri qəhrəmanlar ilə bəzəyin. Bu onlara yüksək motivasiya verəcək.
- Yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün otaqlarda boş sahə saxlayın.
- Mütləq uşaq otağına günəş işıği düşməlidir. Hər gün otağın havasını dəyişin.
- Ən vacib məsələ təhlükəsizlikdir. Otaqda iti künclü, ağır əşyalardan istifadə etməyin, pəncərələrdə mütləq məhəccər olsun.