09:00 - 18:00

Bazar Ertəsi - Cümə

Nobel Prospekti

№ 26, Bakı

+994 51 408 85 53

info@bazis.az

Elanları Müqayisə Et

Mənzil almazdən əvvəl bilməli olduğumuz 8 vacib məlumat

Mənzil almazdən əvvəl bilməli olduğumuz 8 vacib məlumat

Mənzil almazdan əvvəl dəqiq müəyyənləşdirəcəyiniz 8 vacib amili diqqətinizə çatdırırıq.

1. Büdcənizi müəyyən edin. Büdcənizə uyğun mənzil axtarın. Əgər İpoteka ilə axtarırsınızsa aylıq gəlirinizin 30%-dən çox olmaması yaxşı olardı.
2. Necə axtaracaqsınız? Ev axtarmaq üçün qəzetdən, portallardan yoxsa dostların köməyindən istifadə edəcəyinizi müəyyən edin.Yoxsa Agentliyə müraciət edəcəksiniz.
3. Istəyinizi əvvəlcədən qeyd edin. Yaxınlıqda metro, məktəb, market, aptek və digər iaşə obyektlərinin yanında olmasını qeyd edə bilərsiniz.
4. Seçdiyinizin mənzilin qaz, işıq, su və telefon, internet xətlərini dəqiq yoxlayın. Bunlarda kiçik nöqsanlar böyük probləmə gətirib çıxarda bilər.
5. Mənzil sahibini tanımağa çalışın. Bunun üçün ona suallar verin və qonşulardan maraqlana bilərsiniz.
6. Borularda suyun təzyiqini yoxlayın. Köhnə binalarda köhnəlmiş boru kəmərləri suyun təzyiqini azalda bilər. Zəif su axını narahatçılığa səbəb ola bilər. Boru kəmərləri köhnəlirsə, onları dəyişdirməyi nəzərdən keçirin.
7. Radiatorların bərabər istiliyinə diqqət yetirin. Qışda mənzil axtarırsınızsa, radiatorların istiləşməsini yoxlamaq məsləhətdir.Radiatorlar termostatsız olarsa, qeyri-bərabər istilikdə istilik sistemi ilə əlaqədar problemlər yaranar.
8. Sonda müqaviləni diqqətlə oxuduqdan sonra imza çəkin.

Digər yazılar

Dünyanın məşhur tikililəri

Dünyanın müxtəlif şəhərləri xüsusi memarlıq xüsusiyyətlərinə malik binaları ilə...

Daha çox

Kirayə qiymətini necə artırmaq olar?

Mənzildə kiçik dəyişikliklər etməklə, kirayə qiymətini artıra bilərsiniz.  Əvvəl...

Daha çox

Müasir tavan növləri

Tavanın dekorasiyası son zamanlarda xüsusi əhəmiyyət kəsb edir. Tavanlar divar, döşəmə...

Daha çox