Uşaq otağında rəng seçimi
Mütəxəssislər rənglərin uşaqların inkişafında böyük rol oynadığını xüsusilə vurğuluyurlar. Bu səbəbdən uşaq otağında rəng seçimi çox önəmlidir. Çünki, bu otaq həm də uşağınızın oyun oynadığı,musiqiyə qulaq asdığı, kitab oxuduğu, ,dərslərini hazırladığı, dostlarıyla vaxt keçirdiyi məkandır.
Uşaq otağının rəng seçimində ilk tövsiyyə mavidir. Mavi rəng rahatladıcı xüsusiyyəti ilə uşağınızın yuxu siteminə də müsbət təsir göstərəcəkdir. Araşdırmalar göstərir ki, mavi rəngli otaqlarda uşaqlar daha yaradıcı və məhsuldar olurlar.
İkinci seçim isə yaşıldır.Yaşıl rəng enerji verərək uşaqlarınızın günə gözəl başlamasını təmin edəcəkdir.
Yaşıl və mavi rənglə yanaşı, pastel tonları da uşaq otağı üçün idealdır.