Su təchizat sistemi və evimiz
İnsan və eləcə də digər canlılar üçün su həyatdır. Bu səbəbdən, istifadəmizdə olan hər bir əmlakın digər tələblərə cavab verməsi ilə yanaşı, su ilə hansı dərəcədə təmin olunduğuna da diqqət yetirmək lazımdır. Mənzillərə su iki üsulla verilir:
1) Mərkəzləşdirilmiş – isti su təchizatında bir mənbədən çoxlu sayda işlədicilər, yəni ən azı bir binadakı mənzillərin su ilə təmini nəzərdə tutulur.
2) Yerli – isti su təchizatında isə isti su, işlədicilər olan mənzilin və ya hər hansısa obyektin özündə hazırlanır. Bu məqsədlə qaz və ya elektrik enerjisindən istifadə edilir.
Obyektlərdə adətən, mərkəzləşdirilmiş su sistemi olur. Yerli isti su təchizatı aşağıdakı hallarda təmin olunur:
- Mərkəzləşdirilmiş sistemlərin tikilməsi mümkün olmadıqda
- Texniki iqtisadi göstəricilər buna yol vermədikdə