Divar ləkələrinin təmizlənməsi
Divarda ləkələr nə qədər keyfiyyətli boya istifadə etməyimizdən asılı olmayaraq zaman-zaman yaranır. İsti su və yuyucu vasitə ilə təmizləmək, divardakı ləkələri aradan qaldırmağın ən asan və sadə yoludur.Ancaq hər bir ləkə üçün fərqli təmizləmə üsulları var.
Uşaqlar inkişaf dövründə divarları boyamağı,şəkil çəkməyi sevirlər.Qələm mürəkkəbi, karandaş ləkələrini aradan qaldırmaq üçün pambığa spirt tökərək divarı silə bilərsiniz. Digər üsul kimi saç spreyindən də istifadə etmək olar.
Mətbəx divarında yağ ləkələri varsa, heç narahat olmayın, asan bir üsul var. Yağ ləkələrini asanlıqla çıxarmaq üçün çoxlu duz və yuyucu vasitə lazımdır.
Divardakı küf ləkələri üçün isə sirkə suyundan istifadə ən yaxşı həll yollarından biridir. 1 qaşıq sirkə suyu ilə 1 litr suya etdiyiniz qarışığı yumşaq bir parça ilə tətbiq edə bilərsiniz.