Kirayə qiymətini necə artırmaq olar?
Mənzildə kiçik dəyişikliklər etməklə, kirayə qiymətini artıra bilərsiniz. Əvvəl evinizə kirayəçi gözü ilə baxın. Bu mənzili kirayə götürmək barədə düşünsən nəyə diqqət edərdin?
İsitmə sistemi diqqət edilən əsas məqamların başında gəlir. Kombili evlər mərkəzi isitmə sistemi və ya digər vasitələrlə isidilən evlərdən daha yüksək qiymətli olur.
Kirayə evə baxarkən yaşayış yerində xüsusilə nəzərə alınan iki hissə var; mətbəx və sanitar qovşaq. Evinizin kirayə dəyərini artırmaq istəyirsinizsə, mətbəx və sanitar qovşağın təmir vəziyyəti və təmizliyi ilə maraqlanmalısınız.
Kirayəçilər xərc çəkmədən yeni evlərinə köçmək istəyərlər. Buna görə heç bir santexnik problemin olmadığına əmin olun. Kommunal borclarının olub olmadığını dəqiqləşdirin. Mənzilin təmiz və baxımlı olmasına önəm verin. Divar rəngində açıq ton seçimi, mənzili daha geniş və fərah göstərəcəkdir.
Son illərdə ev təhlükəsizliyi ilə bağlı məlumatlılıq artmağa başladı. Bu səbəbdən kirayə ev axtaranlar evlərinin təhlükəsizliyinə də diqqət yetirirlər. Zəlzələyə davamlılıq hesabatına və yanğın nərdivanına sahib olmaq kirayə dəyərini artıracaqdır.