Zehni inkişafa təsiredici rənglər
Bilirik ki, uşaqlar ev tapşırıqlarını sevmirlər. Rənglərin əhval-ruhiyyəyə təsir göstərməsi də artıq hər kəsə məlum olan bir həqiqətdir. Xoş ,əyləncəli atmosfer yaradaraq onları həvəsləndirə bilərik. Öyrənmə və zəkanın inkişafına kömək edən rənglərin sirlərini sizinlə paylaşırıq:
- Bal rəngi zehnin inkişafına müsbət təsir edən rəngdir. Amma bu rəngin çox parlaq və diqqət dağıdıcı şəkildə gözalıcı olmamasına diqqət edilməlidir.
- Duman rəngi yaşı biraz böyük uşaqlar üçün uzun müddətli diqqətin toplanmasını asanlaşdırır. Bu rəngin, həmçinin, sakitləşdirici təsiri mövcuddur.
- Aşıq yaşıl təbiətə ən yaxın rəng olduğundan, otaqda çox təbii bir atmosfer yaradır. Bu, istirahət etməyə və diqqəti yönəltməyə kömək edir. Dinc şəraitdə öyrənilənlər, sözün həqiqi mənasında yadda qalır.
- Firuzə, dəniz, səmaya bənzər rənglərin çox təsir edici effekti var .