Mənzilinizdə musiqi alətləri
21 İyun Dünya Musiqi Günüdür.
Musiqinin insana göstərdiyi təsir bizim təsəvvür etdiyimizdən daha artıqdır. Həmçinin mütəxəssislər bildirirlər ki, tək musiqinin üslubu deyil, onun ritm və tonallığı, hansı musiqi alətində ifa olunması da mühüm haldır. Hər bir musiqi alətinin səsi insanın orqanizminə müəyyən bir təsir göstərir.
Musiqi alətində istədiyiniz səslənməni əldə etmək üçün mənzilinizdə saxlanma şəraiti və düzgün baxılma kriteriteriyalarına riayət etməyiniz zəruridir:
• İstilik dəyişiklikləri: Simli çalğı alətləri istilik dəyişiliklərinə həssasdırlar. Əsas olan alətinizi harada daha rahat ifa etməyinizə diqqət yetirmənizdir, bundan əlavə çox isti, soyuq, quru, nəm mühitdən qorumaq lazımdır.
• Soyuq: Ani isti, hava dəyişikliyi zamanı soyuqdan istiyə, istidən soyuğa doğru musiqi alətinin ağac gövdəsi sürətli şəkildə büzüşür. Beləcə, ağac gövdəsində çatlar yaranır. Musiqi aləti əks təsirlərdən uyğun izolyasiyaya diqqət edilməlidir: hətta günəş işığında qoyulan simli alətlərin gövdəsində olan yapışqan əriyə bilir.
• Quruluq: Musiqi alətininçox quru yerlərdə olması saxlama qaydasına uyğun deyil.Taxtadan gövdənin nəmliyə ehtiyac var.Əgər evinizdə hava quru olarsa,musiqi aləti nəmləndiricisindən istifadə edilir.
• Nəm: Alət çox nəmə məruz qalmamalıdır. Həddən çox nəmlik gövdəni parçalayaraq yararsız hala saldığı üçün diqqət olunmaldır.