Mənzili geniş göstərmənin üsulları
Xüsusilə böyük şəhərlərdə yaşayanlar üçün ən böyük problemlərdən biri kiçik və dar yerlərdə olan evlərdə oturmaqdır. Ancaq bir neçə üsulla bu evləri daha geniş göstərmək mümkündür. Burada sizin üçün bir sıra fəndlər tərtib etdik :
• İlk olaraq döşəmə və divarlarda açıq rənglərdən istifadə etməyə çalışın. Açıq rənglər (xüsusilə açıq mavi və krem rəngi) işığı əks etdirəcək, geniş bir görünüş verəcək və otaqlar daha böyük görünəcəkdir.
• Mebelinizi seçərkən daha şəffaf elementlərdən istifadə edin.
• Gün işığınıın otağınıza daxil olmasından əmin olun.
• Oturacaqlar və stulların altı mümkün qədər yüksək olmalıdır.
• Otaqdakı strateji yerlərə ayna yerləşdirin.
• Otağınızın daha uzun görünməsini istəyirsinizsə, zolaqlı xalça istifadə edin.
• Tavanı parlaq rənglə boyayın.
• Divarınıza boydan- boya kitablıq yerləşdirin.
• Çoxfunksiyalı mebellər seçməyə çalışın.
• Naxışsız, sadə divan örtüklərinə üstünlük verin.