Evinizi özünüz boyayın
Evdə boyama işlərini özünüz asanlıqla edə bilərsiniz. Bunun üçün bir neçə kiçik detallara diqqət etmək kifayətdir. Boyanı nə qədər diqqətlə çəkməyinizdən asılı olmayaraq, boya döşəməyə sıçrayacaq. Boyanın yerə düşməsinin və evinizin çirklənməsinin qarşısını almaq üçün döşəmə qatına neylon çəkin. Bantla qapı və pəncərə kənarlarını bağlayın. Kənarlara yapışdırılmış bantlar boya qurumadan əvvəl çıxarılmalıdır.
Boyaya başlamadan öncə divarların təmiz olmasına diqqət edilməlidir. Nahamarlıq olmamalıdır. Divarda yaranan deşiklər, boşluqlar rənglənmədən əvvəl gips və ya suvaq ilə doldurulmalı və qurumasına icazə verilməlidir. Quruduqdan sonra hamarlanmalıdır.
Divar təmizləndikdən sonra boyanın asan tətbiqi və qalıcı olması üçün astar rənglənməsi aparılmalıdır. Astar boyası quruduqdan sonra əsas rəngləmə prosesi başlayır.
Rolik istifadə edərkən “W” istiqamətində rənglənmə olmalıdır. Divar tamamilə rəngləndikdən sonra, küncləri və kənarları üçün fırçadan istifadə olunur.