Yanğın zamanı nə etməliyik?
Yanğın gözlənilməz və dağıdıcı təsiri olan bir fəlakət olsa da, soyuqqanlı şəkildə davranmaq və aşağıdakı tövsiyyələrə əməl etmək həyat qurtarıcı ola bilər.
- Yanğın siqnalizasiya düyməsi varsa basılmalıdır.
- 101 yanğınsöndürmə idarəsinə məlumat verilməlidir.
- Yanğın bağlı bir ərazidədirsə, yayılmaması üçün qapı və pəncərələr bağlanmalıdır.
- Qaz və elektrik xəttlərini bağlı olduğuna əmin olmaq lazımdır.
- Binanı tərk edərkən liftdən istifadə etmək olmaz.
- Binanı tərk etmək mümkün olmadıqda, pəncərəyə yaxınlaşmaq lazımdır.
- Pəncərə yoxdursa, tüstüdən boğulmamaq üçün kömək gələnə qədər əyilərək sürünməli, ağız və burun nəm parça və ya əl dəsmalı ilə örtülməlidir.
- Geyiminiz yanırsa qətiyyən panika ilə qaçmayın. Qalın örtük üstünüzə atıb, yerdə yuvarlanaraq alovu boğmağa çalışın.